İnternetdə təhlükəsiz davranış qaydalarının aşılanmasına yönələn bu təşəbbüs çərçivəsində 320 şagird və 50 valideyn onlayn təhdidlər və təhlükələrlə mübarizə üsulları barədə maarifləndirilib. Təlim proqramı aşağıdakı vacib mövzuları əhatə edib:
- Virtual tanışlıqların təhlükəsizlik baxımından yoxlanılması;
- Şəxsi məlumatların sosial şəbəkələrdə qorunması;
- Şəxsi məlumat tələb edən müsabiqələrdə iştirakın riskləri;
- Onlayn fırıldaqçıların və cinayətkarların əsas hiylələri;
- Trollinq, kiberbullinq və ya qeyri-münasib onlayn davranış halları ilə mübarizə üsulları.
Təlimlər “GİD CSR Consulting” tərəfindən sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilib və bu da proqramın beynəlxalq standartlara uyğunluğunu təmin edib.
Qeyd edək ki, Azercell 2016-cı ildən etibarən internet təhlükəsizliyi mövzusunda maarifləndirmə layihələri təşkil edir. Şirkətin bu təşəbbüsü uşaq və valideynlərin onlayn məkanda daha təhlükəsiz davranış vərdişləri qazanmalarına əhəmiyyətli töhfə verir. Bu illər ərzində layihə müxtəlif yaş qruplarından 1500-dən çox internet istifadəçisini əhatə edib.
AzVision.az